• cümə axşamı, 25 aprel, 11:21
  • Baku Bakı 14°C

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah

06.05.21 12:13 483
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib ki, bu da müsbət haldır.
Trend-in məlumatına görə, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Y.Qarayev bildirib ki, Azərbaycanda yoluxmalar 30 faizə qədər çatmışdı və yanvardan tətbiq edilən xüsusi karantin rejimi nəticəsində müsbət nəticələr əldə edilib.
Departament müdirinin sözlərinə görə, bu gün kəskin karantin rejiminə getmədən yeni yoluxmaların sayında mərhələli şəkildə azalma qeydə alınır. Onun sözlərinə görə, bu gün yoluxma əmsalı 10 faiz civarındadır. Müsbət dinamika mövcuddur və epidemioloji vəziyyət stabildir: "Biz hamımız çalışmalıyıq ki, bu nailiyyətləri itirməyək”.

banner

Oxşar Xəbərlər