bazar ertəsi, 30 yanvar, 09:21

Baku Bakı 6°C

Azərbaycanda koronavirusa daha 51 yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

icon 269 icon 02 noyabr 2022 | 16:30 Azərbaycanda koronavirusa daha 51 yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, hazırda 301 aktiv xəstə var. Bu günə qədər 9 951 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 188, bu günə qədər isə ümumilikdə 7 325 464 test icra olunub.