• cümə, 19 Aprel, 17:52
  • Baku Bakı 25°C

Azərbaycanda kombayn istehsal ediləcək

15.06.21 19:30 418
Azərbaycanda kombayn istehsal ediləcək
Bu ilin sonunda Rusiyanın "Rostselmaş" müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır.
Trendbu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, maşınlar "Azərmaş" zavodunda yığılacaq.
"Rostselmaş"ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: "Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır".
banner

Oxşar Xəbərlər