• cümə axşamı, 28 mart, 18:39
  • Baku Bakı 13°C

Kinoteatrların fəaliyyəti müzakirə edilib

30.12.21 14:46 314
Kinoteatrların fəaliyyəti müzakirə edilib
Dekabrın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "CinemaPlus” kinoteatrlar şəbəkəsinin təşkilatçılığı ilə pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması fonunda kinoteatrların fəliyyəti müzakirə edilib.
"Report"xəbər verir ki, tədbirdə "CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadənin və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak ediblər.
KOBİA sədri bildirib ki, kinoteatrların fəaliyyəti ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılması kinoteatr sektorunun fəaliyyətinin canlandırılması və inkişafı baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, pandemiya yeni davranış normaları və reallıqlar yaradıb. Onlayn xidmət platformalarının geniş yayılması insanların yeni filmlərə baxması vərdişlərinə əhəmiyyətli təsir göstərib. Lakin istənilən halda kinoteatrlar innovativ texnoloji inkişaflara dayanıqlıq göstərmək və rəqabət aparmaq iqtidarındadır. Kinoteatrların və kino sektorunun da daxil olduğu mədəniyyət və yaradıcı sənayenin inkişafı hökumətin prioritet fəaliyyət gündəliyinə daxildir.
KOBİA sədri bugünkü müzakirələr çərçivəsində yaranan təkliflərin və fikirlərin, eləcə də qarşıdakı dövrdə birgə fəaliyyətin sektorun daha da canlanmasına öz töhfəsini verəcəyini vurğulayıb.
Qeyd edək ki, "COVID-19” səbəbi ilə zərər çəkmiş sektorlardan biri də kinoteatrlardır. Nazirlər Kabinetinin 24 sentyabr 2021-ci il tarixli qərarına əsasən, 1 oktyabr tarixindən etibarən ümumi tutumu 50%-dən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyətinə icazə verilib.
banner

Oxşar Xəbərlər