• cümə, 19 Aprel, 15:38
  • Baku Bakı 25°C

Azərbaycanda kimya məhsullarının istehsalı 20% artıb - CƏDVƏL

21.10.20 15:57 835
Azərbaycanda kimya məhsullarının istehsalı 20% artıb - CƏDVƏL

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 850,2 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 20,1%, əczaçılıq məhsullarının istehsalında 8,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 16,4% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü əsas kimya məhsullarından metanol istehsalı 35,5%, propilen istehsalı 3,2%, etilen istehsalı 4,2% artıb. Rezin vә plastik kütlә mәmulatlarından mәsamәli polistirol lövhәlәr vә zolaqların istehsalı 2,2 dәfә, bәrk polipropilen boruların istehsalı 10,8% artmışdır.

banner

Oxşar Xəbərlər