• şənbə, 20 Aprel, 18:18
  • Baku Bakı 24°C

Azərbaycanda keçiriləcək Avropa voleybol çempionatı finalının təşkilatçılarına sadələşdirilmiş qaydada viza veriləcək

14.08.17 13:45 1336
Azərbaycanda keçiriləcək Avropa voleybol çempionatı finalının təşkilatçılarına sadələşdirilmiş qaydada viza veriləcək
Azərbaycanda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi ilə əlaqədar sabahdan sadələşdirilmiş qaydada viza alınmasının ilk mərhələsi başlayır.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin " Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında” 5 aprel 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalqhavalimanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni və çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək. Təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər sabahdan – avqustun 15-dən oktyabrın 15-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalqhavalimanlarında yerləşən struktur bölmələrinə viza almaq üçün müraciət edə bilərlər. Çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri –sentyabrın 1-dən oktyabrın 10-dək, Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər – 2017-ci il sentyabrın 10-dan oktyabrın 5-dək viza almaq üçün müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər