şənbə, 21 May, 13:38

Baku Bakı 20°C

Azərbaycanda karantin müddətinin azaldılmasının səbəbləri açıqlanıb

icon 145 icon 24 yanvar 2022 | 15:35 Azərbaycanda karantin müddətinin azaldılmasının səbəbləri açıqlanıb


Azərbaycanda bu gündən test nəticəsi "müsbət” olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
"Kaspi"nin məlumatına görə, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov xatırladıb ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.
O qeyd edib ki, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir: "Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi. Yeni qərarın verilməsi "Omicron” ştamı ilə əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.
Bizim Facebook səhifəmizə abunə olun