Azərbaycanda ilk dəfə: Elm festivalı

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.
Onun sözlərinə görə, AMEA-nın, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və digər strukturların təşkil etdikləri festival noyabrın 10-11-də keçiriləcək: "Müvafiq qərar artıq qəbul edilib və biz hazırlıq işləri görürük".
A.Əlizadə deyib ki, bu, Azərbaycanda belə tədbirlərin keçirilməsində ilk təcrübə olduğuna görə festival yalnız Bakını əhatə edəcək: "Əgər bu təcrübə öz səmərəliliyini sübut edərsə, gələcəkdə festival bütün ölkə səviyyəsində keçiriləcək".