• çərşənbə axşamı, 23 aprel, 10:59
  • Baku Bakı 20°C

Azərbaycanda idxalına, ixracına, tranzitinə və istehsalına lisenziya tələb olunan prekursorlara dair qaydalar təsdiqlənib

31.10.20 16:32 451
Azərbaycanda idxalına, ixracına, tranzitinə və istehsalına lisenziya tələb olunan prekursorlara dair qaydalar təsdiqlənib

Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları” təsdiq edilib.
APA-nın məlumatına görə, Qaydalar Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına daxil olan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi məsələlərini tənzimləyir.
Qərarında izahında bildirilir ki, Prekursorlar - narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzlarıdır. İdxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar Qanunla təsdiq olunmuş siyahıya 23 adda prekursor daxildir. Həmin prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya əsasında həyata keçirilir.
Qərarda ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi sahəsində tənzimləmələr əks olunur.
Prekursorlara olan illik tələbat barədə, illik tələbatın həcmi dəyişdikdə müraciət və Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər öz fəaliyyəti haqqında tibbi məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş prekursorlara dair Səhiyyə Nazirliyinə, digər sahələrdə istifadə üçün İqtisadiyyat Nazirliyinə hesabat təqdim edirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yekun hesabatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim edilir.
Azərbaycan Respublikası 1992-ci ildə "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il tarixli Konvensiyasına qoşulub.
Bununla əlaqədar olaraq Qərarda nəzərdə tutulur ki, prekursorların dövriyyəsi haqqında BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsini məlumatlandırmaq üçün yekun hesabat (BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsi tərəfindən təsdiq olunmuş Forma) təsdiq edilmək üçün Azərbaycan Respublikasının DİN-i tərəfindən Nazirlər Kabinetinə təqdim olunur. Həmin hesabatın BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinə təqdim edilməsi isə NK və XİN vasitəsilə həyata keçirilir
banner

Oxşar Xəbərlər