• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı Rəsmi xəbərdarlıq

18.10.13 11:25 1512
Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı Rəsmi xəbərdarlıq
Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 19-dan 20-nə keçən gecə respublikanın qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, 21-i gündüzədək qeyri-sabit, güclü küləkli, soyuq keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcəyi, ayrı-ayrı rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər