• cümə, 29 Mart, 20:02
  • Baku Bakı 14°C

Ən çox bu firmaların telefonları satılıb

14.09.21 09:12 218
Ən çox bu firmaların telefonları satılıb
2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.
Trendbu barədə "Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı iyul ayı ilə müqayisədə 1,1 faiz azalaraq 43,37 faiz təşkil edib.
İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,38 faiz artaraq 34,2 faiz olub.
"Apple" smartfonlarının payı isə iyulla müqayisədə 0,77 faiz azalıb və 14,57 faizə bərabər olub.
Azərbaycanın mobil qurğular bazarında digər markaların payı isə 5,5 faiz təşkil edib.
banner

Oxşar Xəbərlər