• cümə, 19 Aprel, 06:23
  • Baku Bakı 13°C

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 40 faizdən çox artıb

17.06.19 15:15 500
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 40 faizdən çox artıb
Beş ayda ölkədə əmtəəlik təbii qaz istehsalı 40,4 faiz artıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalıb, əmtəəlik qaz istehsalı 40,4 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8 faiz çoxalıb.
banner

Oxşar Xəbərlər