• cümə axşamı, 28 mart, 21:54
  • Baku Bakı 13°C

Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik

05.05.21 16:15 514
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək.
Trend-in məlumatına görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov deyib.
Onun sözlərinə görə, indiyə qədər I, II və III qrup üzrə əlillik təyinatları aparılıb: "Bu, sadəcə qrup təyinatı idi. Artıq əlilliyin yeni meyarlarına dair sənədlər Milli Məclisə verilib. Əlilliyə görə qruplar ləğv ediləcək. İnsan orqanizminin itirilməsi faizlərlə ifadə olunacaq. İndiki I qrup 81-100, II qrup 61-80 faiz, III qrup 31-60 faiz olacaq. Eyni zamanda, 10-30 faiz üzrə isə sadəcə istehsalat zədəsi, peşə xəstəliyi olduğu halda əlillik qiymətləndirilməsi aparılacaq. Burada bir çox aparıcı ölkələrin təcrübəsi öyrənilir".
Agentlik sədri qeyd edilib ki, bu il əlillik təyinatı ilə bağlı 80 min müraciət olub, onlardan artıq 25 mininə təyinat verilib.
banner

Oxşar Xəbərlər