• cümə axşamı, 25 aprel, 21:01
  • Baku Bakı 21°C

Azərbaycanda Dünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzi yaradılır

21.01.20 23:20 1278
Azərbaycanda Dünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzi yaradılır
Azərbaycanda Dünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzi yaradılır.
Trend Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq niyyət protokolu Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendeningörüşü zamanıimzalanıb.
Sənədi Prezident İlham Əliyev və forumun prezidenti Borge Brende imzalayıblar.
Dövlət başçısı qeyd edib ki, biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq.
"Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq", - Prezident İlham Əliyev qeyd edib.
Görüşdə o da vurğulanıb ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
banner

Oxşar Xəbərlər