• şənbə, 20 Aprel, 12:53
  • Baku Bakı 23°C

Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib

11.10.19 13:07 492
Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib
"Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib".
AZƏRTACxəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov oktyabrın 11-də jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, qalan hissələrdə dizellə işləyən lokomotivlər hərəkət edir.
C.Qurbanov onu da bildirib ki,"Azərbaycan Dəmir Yollar” QSC bu vaxtadək 30-35 milyon dollarlıq yol tikinti maşınları alıb:"İndiyədək 1000 kilometrədək dəmir yolu təmir olunub. Həmçinin 3100 yeni vaqon alınıb”.
Sədr "Azərbaycan Dəmir Yolları" QSC-yə gənc kadrlar cəlb edildiyini də diqətə çatdırıb. O bildirib ki, əvvəllər orta yaş həddi 60 olubsa, indi 40-45-dir.
C.Qurbanov cari ildə "Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə 400 min tondan çox yük daşındığını da söyləyib.
O bildirib ki, cari ilin 9 ayında dəmir yolu ilə 700 min tonluq Rusiya yükləri daşınıb.
C.Qurbanov əlavə edib ki, dəmir yolu ilə Türkmənistan yüklərinin də daşınmasında artım var. Həmçinin Lapis-Lazuli dəhlizi ilə də dəmir yolu daşımalarında artım müşahidə olunur.
banner

Oxşar Xəbərlər