şənbə, 21 May, 13:44

Baku Bakı 20°C

Azərbaycanda daha 757 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

icon 114 icon 24 yanvar 2022 | 18:54 Azərbaycanda daha 757 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 757 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan"Kaspi"yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 634 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 594 nəfər müalicə olunaraq sağalıb, 8 619 nəfər vəfat edib, aktiv xəstə sayı 13 275 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 145, ötən müddət ərzində isə ümumilikdə 6 070 424 test aparılıb.