• cümə axşamı, 25 aprel, 08:30
  • Baku Bakı 14°C

Azərbaycanda daha 278 nəfər COVID-19-a yoluxub

27.02.21 17:08 626
Azərbaycanda daha 278 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib, aktiv xəstə sayı 2 398 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, ötən müddət ərzində isə ümumilikdə 2 591 235 test aparılıb.
banner

Oxşar Xəbərlər