şənbə, 21 May, 12:36

Baku Bakı 20°C

Azərbaycanda daha 273 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

icon 172 icon 03 yanvar 2022 | 16:44 Azərbaycanda daha 273 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 924 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, bu günə qədər isə ümumilikdə 5 883 101 test icra olunub.