• cümə, 19 Aprel, 17:34
  • Baku Bakı 25°C

Azərbaycanda çap mediasının üzləşdiyi çətinliklər açıqlanıb

24.11.22 12:22 1226
Azərbaycanda çap mediasının üzləşdiyi çətinliklər açıqlanıb

"Azərbaycanda çap mediasının üzləşdiyi əsas problem yayım və reklam məsələsi ilə bağlıdır".

“Kaspi”nin xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bütün dünyada yeni texnologiyaların tətbiq edildiyi bir dövrdə media sahəsində də konseputal baxış tələb olunur: "Müasir dövrdə bütün dünyada çap mediası çətinliklərlə üzləşib. Bu, ölkəmizdə də belədir. Azərbaycanda əsas problem yayım və reklam məsələsi ilə bağlıdır. Ancaq hər zaman dövlətimiz medianın yanında olub. Hesab edirəm ki, belə dəstəyin göstərilməsi çox vacibdir”,

banner

Oxşar Xəbərlər