• çərşənbə axşamı, 16 aprel, 23:30
  • Baku Bakı 18°C

Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır

29.03.20 19:30 391
Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır
Biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, müəssisələrimizin resursları koronavirusa yoluxanların müalicəsi üçün yetərli olsun.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Azərbaycanın digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə xariclə daha çox iqtisadi əlaqəsinin mövcud olduğunu deyən R.Bayramlı bildirib ki, Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır:
"Həyata keçirilən məqsədyönlü karantin tədbirləri nəticəsində epidemioloji vəziyyətə nəzarət edilir. Əgər vaxtında bu tədbirlər görülməsəydi, səfərbər olmasaydıq, bu gün vəziyyətə nəzarət edə bilməzdik, daha kritik ola bilərdi. Amma bu gün xəstələr ölkə daxilində aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır. Biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, heç bir problemlə rastlaşmayaq, müalicə müəssisələrimizin resursları buna yetsin".
banner

Oxşar Xəbərlər