• cümə, 29 Mart, 05:58
  • Baku Bakı 7°C

Azərbaycanda bayram günlərində dəmir yolu ilə daşınmış sərnişinlərin sayı açıqlanıb

27.03.23 17:30 464
Azərbaycanda bayram günlərində dəmir yolu ilə daşınmış sərnişinlərin sayı açıqlanıb

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində (18-26 mart) daşıdığı sərnişinlərin sayını açıqlayıb.

"Report" quruma istinadən xəbər verir ki, həmin günlərdə səhmdar cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Martın 18-də ölkədə ilk dəfə Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq marşrut üzrə günaşırı əlavə reyslər təyin olunub və ümumilikdə 1 148 sərnişinə xidmət göstərilib.

Bundan başqa, martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Abşeron dairəvi dəmir yolu üzrə isə bayram günlərində ümumilikdə 64 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 330 297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.

banner

Oxşar Xəbərlər