• cümə, 29 Mart, 14:55
  • Baku Bakı 14°C

Azərbaycanda bankların birləşməsi müsbət qiymətləndirilir

17.10.17 13:30 2107
Azərbaycanda bankların birləşməsi müsbət qiymətləndirilir
Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sektorunda konsolidasiyanı müsbət qiymətləndirir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABA-nın rəhbəri, "Rabitəbank”ın Müşahidə şurasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, bank sektorunda bu cür söhbətlər hər zaman olsa da, son zamanlarda birləşmə barədə söhbətlər fəallaşıb.
Z.Nuriyev qeyd edib ki, hazırda müəyyən danışıqlara baxmayaraq, Azərbaycan bankları arasında birləşmə barədə konkret qərar hələlik yoxdur: "Biz istəmirik ki, kapital çatışmazlığı səbəbi ilə banklar bağlansın. İstədiyimiz odur ki, onlar öz fəaliyyətlərini davam etdirsinlər. Ona görə də biz bankların birləşməsini dəstəkləyirik”.
banner

Oxşar Xəbərlər