• şənbə, 20 Aprel, 18:00
  • Baku Bakı 24°C

Azərbaycanda 854 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

23.12.21 17:30 274
Azərbaycanda 854 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib, aktiv xəstə sayı 13 078 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 462, ötən müddət ərzində isə ümumilikdə 5 788 891 test aparılıb.
banner

Oxşar Xəbərlər