• çərşənbə axşamı, 16 aprel, 12:35
  • Baku Bakı 19°C

Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib

05.05.21 15:37 490
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib
Son illərdə vətəndaşlar arasında 7000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib.
Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdulqədirov deyib.
O bildirib ki, nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə isə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb: "Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı, artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır və bu sahədə ən vacib prinsip əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara təyin olunması, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsidir. Əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam edəcək".
banner

Oxşar Xəbərlər