• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub

18.01.21 19:15 400
Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 399, ötən müddət ərzində isə ümumilikdə 2 321 592 test aparılıb.
banner

Oxşar Xəbərlər