• çərşənbə, 24 Aprel, 19:39
  • Baku Bakı 23°C

Azərbaycanda 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub

21.06.21 18:00 266
Azərbaycanda 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.
banner

Oxşar Xəbərlər