• şənbə, 20 Aprel, 02:26
  • Baku Bakı 15°C

Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var

01.09.20 14:45 753
Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 31 min 829 həkim fəaliyyət göstərir. Tibb müəssisələrində 7 min 801 terapevt, 3 min 556 pediatr, 3 min 368 cərrah, 3 min 131 stomatoloq, 1786 ginekoloq, habelə digər ixtisasdan olan həkim çalışır.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə əhalinin hər 10 min nəfərinə 13,5 pediatr, 7,8 terapevt, 3,4 cərrah, 3,1 stomatoloq, 1,5 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,6 ginekoloq düşür.
İlin əvvəlində respublikamızda 55 min 650 orta tibb işçisi, o cümlədən 38 min 292 tibb bacısı, 4 min 144 akuşer, 3 min 553 feldşer-laborant, 2 min 918 feldşer, 628 rentgen üzrə laborant və digər ixtisaslardan olan tibb işçisi qeydə alınıb. Hər 10 min əhaliyə isə 55,9 orta tibb işçisi, o cümlədən 38,5 tibb bacısı, 3,6 feldşer-laborant, 2,9 feldşer, 0,6 rentgen üzrə laborant, hər 10 min qadına 8,3 akuşer və digər orta tibb kadrı düşür.
banner

Oxşar Xəbərlər