• cümə axşamı, 25 aprel, 21:03
  • Baku Bakı 21°C

Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

18.07.21 18:22 316
Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Azərbaycanda koronavirus infeksiyasına daha 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada 1 nəfər koronavirusdan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 338 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib, aktiv xəstə sayı 2 152 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, ötən müddət ərzində isə ümumilikdə 3 914 819 test aparılıb.
banner

Oxşar Xəbərlər