AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb

Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb

Cəmiyyət
27 Fevral 2020, 15:22 515
Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.
Qeyd edək ki, hazırda İranın 19 vilayətinə bu virus yayılıb. 19 nəfər həlak olub, 139 nəfər yoluxub və 1300-dən çox şəxs virus şübhəlisidir. Ümumilikdə isə yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.