• cümə, 29 Mart, 00:00
  • Baku Bakı 7°C

Azərbaycanda 133 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb

13.07.21 19:30 253
Azərbaycanda 133 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1 595 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb.
banner

Oxşar Xəbərlər