• çərşənbə, 24 Aprel, 17:52
  • Baku Bakı 27°C

Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

14.06.21 18:53 376
Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1 542 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.
banner

Oxşar Xəbərlər