AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Təfsilat
25 Noyabr 2021, 17:00 97
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 880 yeni yoluxma faktı qeydə alınıb, 1 835 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 580 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 035 nəfər müalicə olunaraq sağalıb, 7 736 nəfər vəfat edib, aktiv xəstə sayı 27 736 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddət ərzində isə ümumilikdə 5 485 509 test aparılıb.