• cümə axşamı, 25 aprel, 09:06
  • Baku Bakı 14°C

Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

03.12.21 19:00 349
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 593 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 999 nəfər müalicə olunaraq sağalıb, 7 929 nəfər vəfat edib, aktiv xəstə sayı 24 660 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 211, ötən müddət ərzində isə ümumilikdə 5 578 401 test aparılıb.
banner

Oxşar Xəbərlər