• cümə, 19 Aprel, 09:38
  • Baku Bakı 13°C

Azərbaycanda 1 196 nəfər COVID-19-dan sağalıb, 904 nəfər yoluxub

08.10.21 19:15 380
Azərbaycanda 1 196 nəfər COVID-19-dan sağalıb, 904 nəfər yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 490 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 861 nəfər müalicə olunaraq sağalıb, 6 638 nəfər vəfat edib, aktiv xəstə sayı 12 631 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 664, ötən müddət ərzində isə ümumilikdə 4 932 673 test aparılıb.
banner

Oxşar Xəbərlər