• çərşənbə axşamı, 16 aprel, 18:55
  • Baku Bakı 18°C

Azərbaycana vizasız səyahət etmək qürurvericidir

04.06.20 09:30 532
Azərbaycana vizasız səyahət etmək qürurvericidir
İki qardaş dövlət olan Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi və vizasız müddətin 90 günədək uzadılması qürurvericidir. Bu, iki ölkə arasında dünyada təkrarı görülməyən qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Türkiyənin "Can Azərbaycan” media şirkətinin təsisçisi və rəhbəri Namik Kamal Yıldırım bildirib.
İki qardaş ölkə arasında imzalanan bu anlaşmanın Türkiyədə böyük sevinc hissi ilə qarşılandığını vurğulayan N.K.Yıldırım deyib: "Bunun eyni zamanda Türkiyə ilə Azərbaycan arasında turizm, ticarət kimi bir sıra sahələrdə də müsbət təsirləri olacaq. Əlbəttə ki, burada qarşılıqlı iqtisadi əlaqələrin də daha sürətlə artacağı və inkişaf edəcəyi düşünülür”.
Razılaşmanın Azərbaycan və Türkiyə prezidentləri arasındaki sıx dostluq və qardaşlıq bağlarından irəli gəldiyini deyən müsahibim bunun üçün hər iki dövlət başçısına minnətdarlığını ifadə edib: "Tarixin dərinliklərindən gələn Azərbaycan-Türkiyə qardaşlığı dünya üçün bir nümunədir”.
banner

Oxşar Xəbərlər