• cümə, 19 Aprel, 12:52
  • Baku Bakı 25°C

Azərbaycana pul üçün gəldi, “Neftçi”yə keçdi

09.12.13 09:00 1296
Azərbaycana pul üçün gəldi, “Neftçi”yə keçdi
Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniyanın “Levadiya” klubunun futbolçusu Roman Smişko deyib.
30 yaşlı ukraynalı qapıçı vətənində verdiyi müsahibədə Azərbaycan klublarından birində baxışda olduğu vaxtı xatırlayıb.
Smişko etiraf edib ki, ölkəmizə pul qazanmaq üçün gəlibmiş. Lakin baxışda keçə bilməyən legionerin arzusu ürəyində qalıb: “Belə vaxtda bir neçə təklif aldım. Polşa klubu “Vidzev” və Azərbaycan komandaları mənə maraq göstərirdi. Mən də sonuncunu seçdim. Bununla, karyeramda ilk dəfə pul dalınca qaçırdım. Nəticədə isə orada heç nə alınmadı. Mən də Qırğızıstanın “Neftçi” klubuna keçdim”.
Qeyd edək ki, Smişko Odessanın “Çernomorets” klubunun yetirməsidir.
banner

Oxşar Xəbərlər