• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

23.02.21 16:45 940
Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd XidmətindənKaspi.az-a verilən məlumata görə, dövlət xidməti əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fevralın 22-də, saat 23:30 radələrində "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının "dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram "tiryək”, 554 qram "marixuana”, 200 ədəd "metadon-40” həbi) bənzər maddə və 50 qutu "mydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər