• şənbə, 20 Aprel, 00:10
  • Baku Bakı 15°C

Azərbaycan yığmasının yeni baş məşqçisinin karyerası

12.02.19 10:50 672
Azərbaycan yığmasının yeni baş məşqçisinin karyerası
Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Kaspi.az xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub. 53 yaşlı Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb.
O, 2005-ci ildə Avstriyanın "Austriya” və Xorvatiyanın "Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.
Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis, Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın "Lokomotiv”, Türkiyənin "Beşiktaş” və İngiltərənin "Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.
N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.
Milan Obradoviç Azərbaycan U-21, Samir Əliyev U-19, Miloş Velebit U-15, U-16 yığmalarının baş məşqçisi kimi təsdiqlənib. Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi də fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər