• cümə axşamı, 18 aprel, 16:04
  • Baku Bakı 22°C

Azərbaycan yığması DÇ-nin seçmə mərhələsində uğurlu seriyanı davam etdirib

12.10.16 09:17 1046
Azərbaycan yığması DÇ-nin seçmə mərhələsində uğurlu seriyanı davam etdirib
Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız səfərdə Çexiya ilə qarşılaşıb.

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirə bilib.

Səfər oyununda inamla müdafiə olunan millimiz adlı-sanlı rəqibi qarşısında 0:0 hesablı bərabərliyə nail ola bilib.

Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.


DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
III tur, 11 oktyabr


Çexiya – Azərbaycan - 0:0

Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali
Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)
Ostrava. "Mestiski” stadionu
banner

Oxşar Xəbərlər