• çərşənbə axşamı, 23 aprel, 19:47
  • Baku Bakı 20°C

Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

19.09.22 18:00 478
Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

"Kaspi"nin AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda (BOS) Qırğızıstan seçməsinə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Buna səbəb rəqib komandanın Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-21 sentyabrın 27-də BOS-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

banner

Oxşar Xəbərlər