• çərşənbə axşamı, 01 iyul, 03:01
  • Baku Bakı 22°C

Azərbaycan XİN Meksikaya başsağlığı verib

04.05.21 15:07 967
Azərbaycan XİN Meksikaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksikaya başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə XİN-in "Twitter" hesabında məlumat verilib.
"Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik", - deyə başsağlığında bildirilir.
Qeyd edək ki, Mexikoda metro körpüsünün çökməsi nəticəsində 23 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

banner

Oxşar Xəbərlər