• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

Azərbaycan xarici işlər naziri: "Ermənistan görüşdən qaçır"

03.12.16 15:32 1211
Azərbaycan xarici işlər naziri: "Ermənistan görüşdən qaçır"
"Mən dünən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdu".
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziriElmar MəmmədyarovAzərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan xarici işlər naziri səviyyəsində görüşə hazırdır: "Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur".
Təmas xəttində gərginliyə toxunan xarici işlər naziri bildirib ki, əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır: "Kaspşikin ofisinin genişləndirilməsinə gəlincə, biz buna razıyıq. Ancaq əsas bu deyil. Əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır".
banner

Oxşar Xəbərlər