• cümə axşamı, 28 mart, 13:22
  • Baku Bakı 16°C

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır

29.01.20 15:00 2555
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
Azadlıq qanla qazanılır. Bütün xalqların tarixində azadlıq məhz belə qazanılıb. Azərbaycan xalqı da azadlığını öz qanı bahasına əldə edib. 20 Yanvar faciəsi zamanı günahsız insanların qanı axıdıldı və həmin gün ölkə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı.
Bu fikirləri Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə təşkil edilmiş konfransın iştirakçısı, fransalı tarixçi və yazıçı Jerar KardonAZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, günahsız insanların qanı axıdılan 20 Yanvar hadisələrini bütün dünyaya çatdırmaq lazımdır.
"Mən yazıçıyam və hesab edirəm ki, faciədən bəhs edən kitablar yazılmalı, müxtəlif dillərə tərcümə edilməlidir. Sənədli və bədii filmlər çəkilməlidir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır”, - deyə J.Kardon diqqətə çatdırıb.

banner

Oxşar Xəbərlər