• cümə axşamı, 28 mart, 22:56
  • Baku Bakı 13°C

Azərbaycan xalqı xilası Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü

13.06.19 16:00 600
Azərbaycan xalqı xilası Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü
Bu gün Yeni Azərbaycan Partiyasında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, deputatlar və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Ə.Əhmədov bildirib ki, Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra hər bir ölkə vətəndaşına məlum olan xaos, anarxiya, müstəqilliyin əldən getməsi təhlükəsi yaranmışdı:"Azərbaycan xalqı ölkəmizin düçar olduğu vəziyyətdən xilas olmasının yeganə yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü”.
Baş nazirin müavini bildirib ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində yeni mərhələ başlandı:
"İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, özbaşınalıq aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizm ləğv edildi, erməni işğalının davam etməsinin qarşısı alındı. Ən başlıcası isə ölkə siyasi və iqtisadi böhrandan çıxa bildi, hakimiyyət böhranı da aradan qaldırıldı. İnsanların çörək növbələrinə durması kimi dəhşətli mənzərə qısa müddətdə həll edildi və beləliklə Azərbaycanda sözün həqiqi mənasında normal həyat təmin edilmiş oldu. Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyuldu və Azərbaycanda dərin Heydər Əliyev islahatları həyata keçirilməyə başlandı”.
Ə.Əhmədov bildirib ki, bu gün Azərbaycan ən güclü, ən müasir dövlətlər içərisində özünə layiqli yer tutur: "İnsanlar özlərini xoşbəxt hesab edirlər ki, müstəqil Azərbaycan vətəndaşlarıdır. Bütün bu uğurlar, nailiyyətlər 26 il bundan əvvəl Heydər Əliyevin Azərbaycana dönüşünün nəticəsidir. Heydər Əliyev siyasəti bu gün də uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edir və hesab edirik ki, bu inkişaf uzunmüddətli olacaq və vətəndaşların rifahı daha da yaxşılaşdırılacaq”.

banner

Oxşar Xəbərlər