• cümə axşamı, 28 mart, 16:18
  • Baku Bakı 16°C

Azərbaycan “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalında iştirak edəcək

17.10.19 09:06 535
Azərbaycan “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalında iştirak edəcək
Qazaxıstanın paytaxtında oktyabrın 25-26-da "Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı keçiriləcək. Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi festivalda Azərbaycan, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Portuqaliya, Çin və Qazaxıstandan olan ifaçılar iştirak edəcəklər.
AZƏRTACxəbər verir ki, festival ölkənin birinci Prezidenti - elbasının təşəbbüsü ilə elan edilmiş "2019-cu ildə Gənclər ili” layihəsi çərçivəsində keçirilir.
İkinci ildir keçirilən "Voice of Nur-Sultan” beynəlxalq estrada festivalının formatı bu dəfə fərqli olacaq. Bu, yerli gənc ifaçılar üçün özlərini ifadə edə, təcrübə qazana və Qazaxıstanın vokal sənətinin inkişafına töhfə verəcəkləri yeni bir platformadır.
Layihə ölkənin mədəni imicini inkişaf etdirmək, Qazaxıstanın musiqi yaradıcılığını məşhurlaşdırmaq, gənc ifaçıların Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Portuqaliya və Çindən məşhur yerli və xarici ulduzlarla eyni səhnədə çıxışlarını təmin etmək məqsədilə həyata keçirilir.
banner

Oxşar Xəbərlər