• çərşənbə, 24 Aprel, 22:32
  • Baku Bakı 23°C

Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq

11.12.19 15:15 671
Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq
Azərbaycan vətəndaşları Türkiyədə tibbi xidmətlərin ödənişi zamanı güzəştlərə malik olacaq.
Trend-in məlumatına görə, bunu "MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib.
O bildirib ki, Türkiyədə tibbi xidmətlərdən istifadə edən Azərbaycan vətəndaşlarının sayı kifayət qədər çoxdur və bununla əlaqədar olaraq şirkət Türkiyə xəstəxanalarına "MasterCard”la ödəniş edən azərbaycanlılar güzəştlər təqdim olunmasını təklif edib.
E.Çakar əlavə edib ki, bır sıra xəstəxanalar bu təklifə müsbət reaksiya verərək güzəştlərin hazırlanmasına başlayıb:
"Bizim məqsədimiz Azərbaycanda nağdsız ödənişlərin sayını artırmaqdır. Bizim bununla bağlı layihələrimiz var və bu barədə yaxın aylarda ətraflı məlumat verəcəyik”.
banner

Oxşar Xəbərlər