• çərşənbə, 17 Aprel, 01:28
  • Baku Bakı 14°C

Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub

09.11.16 22:07 796
Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bu gün Azərbaycan prezidentiİlham Əliyevvə Ukrayna prezidentiPyotr Poroşenkoarasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib.
P.Poroşenko Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan liderini təbrik edib.
Tərəflər iyulun 14-də Bakıda keçirilmiş görüşdə əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluq ifadə ediblər.
P.Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü davamlı və ardıcıl dəstəklədiyinəgörə prezidentİlham Əliyevə minnətdarlığını bildirib.
TərəflərBMTvə digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
PyotrPoroşenko Azərbaycan prezidentini Ukraynaya rəsmi səfər dəvət edib.
banner

Oxşar Xəbərlər