• cümə axşamı, 28 mart, 13:14
  • Baku Bakı 16°C

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Qarabağ münaqişəsi və regional məsələləri müzakirə ediblər

03.12.16 14:14 865
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Qarabağ münaqişəsi və regional məsələləri müzakirə ediblər
"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi və regional məsələləri müzakirə etdik".
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziriElmar MəmmədyarovAzərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
E. Məmmədyarov qeyd edib ki, M. Çavuşoğlu ona Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri ilə Dağlıq Qarabağ məsələsinin geniş müzakirə olunduğunu çatdırıb: "Hamburqda gözlənilənATƏT-in sammiti ilə bağlı da müzakirə apardıq".
Nazir bildirib ki,NATO-nun Əfqanıstanda sülhyaratma prosesi ilə bağlı 2017-ci ildə "İstanbul prosesi"nə Azərbaycan rəhbərlik edəcək: "Azərbaycan da Əfqanıstana tezliklə sülh gəlməsini istəyir".
E. Məmmədyarov deyib ki, görüşdəBakı-Tbilisi-Qarsdəmir yolu ilə bağlı da geniş müzakirə aparılıb: "TANAPlayihəsi də müzakirə mövzusu oldu. Layihə üzrə işlərin 50 faizi görülüb. Eyni zamanda lavaşla bağlı YUNESKO-ya təqdim olunan və qəbul edilən təklifimiz də müzakirə edildi. Bu, çox mühüm bir addım idi".
banner

Oxşar Xəbərlər