• şənbə, 20 Aprel, 13:36
  • Baku Bakı 23°C

"Azərbaycan və Türkiyə arasında iş icazəsi ilə bağlı dövlət rüsumuna yenidən baxıla bilər"

02.02.18 13:00 752
"Azərbaycan və Türkiyə arasında iş icazəsi ilə bağlı dövlət rüsumuna yenidən baxıla bilər"
"Azərbaycan və Türkiyə arasında iş icazəsi ilə bağlı kiçik problemlər var və hazırda bunun üzərində iş gedir".

"APA-Economics"in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovdeyib.

İş icazəsinin alınması üçün ödənilən məbləğin azaldılması məsələsinə gəlincə, nazir bildirib ki, bu məsələyə təkcə iki ölkənin münasibətləri nöqteyi-nəzərdən baxmaq mümkün deyil.

"Qanunvericiliyimizə görə, iş icazəsinin verilməsi üçün 1000 manat dövlət rüsumu ödənilməlidir. Burada hər hansı dövləti qanunda ayrıca göstərmək mümkün deyil. Buna görə də ikitərəfli müqavilə ilə bunun tənzimlənməsinə ehtiyac var. Bu qanun üzərində ciddi səylə çalışılmalı və hər iki tərəf üçün balans ciddi şəkildə gözlənilməlidir. Ümid edirəm apardığımız işlər daha yaxşı nəticələnəcək",- deyə S.Müslümov bildirib.
banner

Oxşar Xəbərlər