• cümə, 26 Aprel, 23:28
  • Baku Bakı 22°C

Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb

03.12.19 13:36 425
Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb
Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında protokol imzalanıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
E.Məmmədyarov bildirib: "İki ölkə arasında çox yaxşı hüquqi baza var. İqtisadiyyatla bağlı isə deyə bilərəm ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Ümid var ki, dövriyyə ilin yekunları üzrə 3 milyard dollara çatacaq. Azərbaycan Rusiyanın Cənubi Qafqzda əsas ticarət tərəfdaşıdır".
Naziirn sölərinə görə, onlar görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər:
"Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyət heç bir nəticə vəd etmir".
banner

Oxşar Xəbərlər